RU

Britaniyanın təyyarədaşıyan gəmisi Koreya yarımadası sahillərində təlim keçirib

Böyük Britaniyanın “Prince of Wales” təyyarədaşıyan gəmisi Cənubi Koreyanın Busan şəhərinin cənubunda beynəlxalq sularda təlimlər keçirib.

Herbiand.az bu barədə “Yonhap” agentliyinə istinadən məlumat verir.

Manevrlərə qısa uçuş və şaquli enişli F-35B qırıcıları cəlb edilib. Təlim zamanı aviasiya imkanlarının nümayişi baş tutub.

Bundan əlavə, Seul və London hər tərəfdən üç gəminin iştirak etdiyi birgə təlimlər keçirib. Məqsəd iki ölkənin donanmaları arasında ahəngdarlığı artırmaq olub.

Bəxtiyar CƏFƏRLİ

Избранный
55
herbiand.az

1Источники