Argentina çempionatının Klausura (bağlanış) mərhələsində keçirilən 7-ci turundan sonra A qrupunda lider yenə dəyişdi. “River Pleyt” isə B qrupunda 1-ci pillədəki yerini qorudu.
"Football-plus.az" xəbər verir ki, mövsümün Apertura (açılış) adlanan ilk mərhələsinin qalibi heç cür sabit oyun sərgiləyə bilmir. “Platense” bu dəfə evdə “Qodoy Krus”dan xal ala bilmədi. 1:3 hesablı məğlubiyyət Kristian Qonsalesin komandasını B qrupunda 15 iştirakçı arasında 11-ci yerə saldı. Necə deyərlər, son çempion bu gedişlə “zirzəmi”yə doğru hərəkət edir...
A qrupunda tura lider kimi başlayan “Estudiantes” mövqeyini qoruya bilmədi. Səfərdə “Sentral Kordoba”ya 0:2 hesabıyla məğlub olan paytaxt komandası birdən-birə 6-cı yerə düşdü. “Sentral Kordoba” isə 3-cü yerdən 2-yə qalxdı.
Çünki tura 2-ci yerdə başlayan “Barrakas Sentral” rəqib meydanında “Nyuellz Old Boyz”a qalib gəldi. 2:1 hesablı qələbə Ruben İnsuanın komandasını 1-ci yerə çıxardı.
3-cü yerə isə “Boka Xuniors” çıxdı. İki tur əvvəl azarkeşlərini ilk qələbə ilə sevindirən ölkə nəhəngi yenə maksimum nəticəyə nail oldu. Migel Anxel Russonun çalışdırdığı komanda səfərdə “Aldosivi”nin qapısından iki cavabsız top keçirdi. Ardıcıl 3-cü oyunda qələbə “Boka”nı cədvəldə iki pillə irəli saldı. Qeyd edək ki, bu qrupda “Union”, “Defensa y Xustisiya” və “Estudiantes”in hesabında da 12 xal var. Bu komandalar “Boka Xuniors” ilə birlikdə 3-6-cı yerləri bölüşürlər.
Mövsümün ikinci mərhələsinə uğursuz başlayan vitse-çempion “Atletiko Urakan” artıq böhrandan çıxıb. Son turlar azarkeşlərini ümidləndirən Frank Kudelkanın komandası bu dəfə “San Lorenso” ilə səfər oyununda qolsuz heç-heçə ilə bir xal qazandı. Vitse-çempion A qrupunda 4-cü yerdən 7-yə düşdü. Bu qrupda “Sentral Kordoba”nın da hesabında 10 xal var.
B qrupunda tura lider kimi başlayan “River Pleyt”in evdə “San Martin San Xuan” ilə oyununun nəticəsi gözlənildiyi kimi oldu. Marselo Qalyardonun komandası iki cavabsız qolla qazandığı qələbə ilə 15 xalla liderlik mövqeyində qaldı.
Bu qrupda tura hərəyə 11 xalla liderin şərkli izləyiciləri kimi başlayan iki komanda fərqli nəticələr göstərdi. “Veles Sarsfild” evdə “Lanus” üzərində 3:0 hesablı qələbə ilə 2-ci pillədə qaldı. “San Lorenso” isə “Atletiko Urakan”dan aldığı bir xalla 4-cü yerə düşdü. 3-cü pilləyə “Deportivo Riestra”nın çıxdığını da qeyd edək.
qrup mərhələsi, 7-ci tur
Sentral Kordoba - Estudiantes 2:0
Muslera, 5-öz qapısına. Perelyo, 10.
Nyuellz Old Boyz - Barrakas Sentral 1:2
K.Qonsales, 20 – Bruera, 45+2. Tapya, 58-p.
San Lorenso - Atletiko Urakan 0:0
Aldosivi - Boka Xuniors 0:2
Di Lolyo, 45+2. Battalya, 80.
Rasinq - Union 2:3
A.Martines, 23. Mura, 90+3 - Estiqarribiya, 29. Tarraqona, 42. Solari, 83.
River Pleyt - San Martin San Xuan 2:0
Lensina, 18. Salas, 21.
Veles Sarsfild - Lanus 3:0
B.Romero, 22. Qalvan, 50. Karriso, 53.
Talyeres de Kordoba - Deportivo Riestra 0:1
Qoytia, 76.
Banfild - Tiqre 1:0
M.Mendes, 68.
İnstituto - İndependyente 0:0
İndependyente Rivadaviya - Arxentinos Xuniors 2:1
Sartori, 5. M.Fernandes, 17 - E.Lopes, 10.
Defensa y Xustisiya - Belqrano 2:1
Delqado, 8. Miritelyo, 75 – Xara, 30-p.
Ximnasiya - Atletiko Tukuman 1:0
D.Martines, 54-öz qapısına.
Platense - Qodoy Krus 1:3
Baldassarra, 55 - N.Fernandes, 10. Barrea, 67. Altamira, 90+7.
“Sarmyento” – “Rosario Sentral” oyunu təxirə salınıb.
A qrupu
1. Barrakas Sentral 7 4 2 1 11-8 14
2. Sentral Kordoba 7 3 4 0 10-4 13
3. Boka Xuniors 7 3 3 1 9-3 12
4. Union 7 3 3 1 10-5 12
5. Defensa y Xustisiya 7 3 3 1 8-5 12
6. Estudiantes 7 4 0 3 8-8 12
7. Atletiko Urakan 7 3 2 2 5-6 11
8. Banfild 7 3 1 3 8-10 10
9. Arxentinos Xuniors 7 2 2 3 7-6 8
10. İndependyente Rivadaviya 7 2 2 3 8-9 8
11. Belqrano 7 2 2 3 6-7 8
12. Tiqre 7 2 2 3 6-7 8
13. Nyuellz Old Boyz 7 1 3 3 6-8 6
14. Rasinq 7 1 1 5 6-12 4
15. Aldosivi 7 0 3 4 1-8 3
B qrupu
1. River Pleyt 7 4 3 0 14-4 15
2. Veles Sarsfild 7 4 2 1 9-3 14
3. Deportivo Riestra 7 4 1 2 9-5 13
4. San Lorenso 7 3 3 1 5-3 12
5. Rosario Sentral 6 2 4 0 4-2 10
6. Ximnasiya 7 3 1 3 5-5 10
7. Lanus 7 3 1 3 6-7 10
8. Atletiko Tukuman 7 2 3 2 8-6 9
9. San Martin San Xuan 7 2 2 3 5-7 8
10. Qodoy Krus 7 1 3 3 7-10 6
11. Platense 6 1 3 2 5-8 6
12. Sarmyento 6 1 3 2 5-9 6
13. İnstituto 7 1 3 3 2-10 6
14. Talyeres de Kordoba 7 1 2 3 3-8 5
15. İndependyente 6 0 3 3 4-7 3
Bombardirlər: Kastilyo (Lanus), X.Errera (Deportivo Riestra), R.Martines (Platense) - 4.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта