Bakı. Trend:
Vaşinqton razılaşmalaları Azərbaycanın son illər ərzindəqazandığı hərbi, siyasi və diplomatik zəfərlərin məntiqinəticəsidir. ABŞ Prezidenti Donal Trampın şahidliyi ilə Azərbaycanvə Ermənistan arasında imzalan Birgə Bəyannamə ölkəmizin regiondayaratdığı yeni reallıqların bütün dünya tərəfindən tam qəbuledilməsi, beynəlxalq hüquq və milli maraqlara söykənən müstəqilsiyasətimizin təntənəsidir.
Trend xəbərverir ki, Milli Məclis deputatı Kamal Cəfərov parlamentinnövbədənkənar sessiyası çərçivəsində keçirilən “Vaşinqtonrazılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyintəntənəsi” mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Vaşinqton razılaşmaları Azərbaycanın Zəngəzurdəhlizi ilə bağlı şərtlərinin təkcə Ermənistan deyil, bütün dünyabirliyi tərəfindən qəbul edilməsinin göstəricisidir. Bununla daZəngəzur dəhlizinə qarşı aparılan kampaniya və cəhdlərə də sonqoyuldu:
“Vaşinqtonda əldə olunan konsensus həm də Cənubi Qafqazıngeosiyasi memarlığının Azərbaycan tərəfindən təqdim edilən yeni,müstəqil və qarşılıqlı maraqlara əsaslana model əsasında qurulmasıüçün mühüm rol oynayır. Bu tarixi zəfərin memarı Böyük Lider,Prezident İlham Əliyevdir. Onun müdrik liderliyi təkcə son illərinzəfərləri ilə ölçülmür. Bu, iyirmi ildən artıq davam edən dərinstrateji fəaliyyətin, Ulu Öndər Heydər Əliyevin qurduğu müasirAzərbaycan dövlətçiliyi xəttinin növbəti, möhtəşəmtəntənəsidir.