Rusiya qoşunları Ukraynanın Donetsk vilayətində ən böyük kömür müəssisəsinin - Krasnoarmeyskdən qərbdə yerləşən "Pokrovskoye" mədən idarəsinin ərazisini işğal ediblər.
7News.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Donetsk "rəhbəri"nin "müşaviri" İqor Kimakovski məlumat verib.
"Bizim bölmələrimiz Udaçnıdan "Pokrovskoye" mədən idarəsinin inzibati-istehsalat kompleksinin ərazisinə daxil olublar", - deyə Kimakovski bildirib.
O əlavə edib ki, cəbhənin bu hissəsində şiddətli döyüşlər gedir və Kiyev döyüşə əlavə qüvvələr və mexanikləşdirilmiş briqadalar göndərir.