
Rusiyanın Rostov vilayətində kənd təsərrüfatı işlərini yerinə yetirən “An-2” təyyarəsi qəzaya uğrayıb.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.
İlkin məlumata görə, pilot ölüb.
Qəza yerində Rusiya Fövqəladə Hallar Nazirliyinin 6 mütəxəssisi və 2 texnikası da daxil olmaqla 15 mütəxəssis və 6 texnika işləyir.
Digər tərəfdən, Rusiya Fövqəladə Hallar Nazirliyindəki mənbə təyyarənin qəzaya uğramasının səbəbinin pilot xətası olduğunu bildirib.