RU

Paakistanın Ermənistanı dövlət kimi tanıması ilə bağlı İrəvandan açıqlama

BAKI, 9 sentyabr. TELEQRAF

Ermənistan və Pakistan arasında artıq diplomatik münasibətlər qurulub. Buna görə də BMT-də tanınma məsələsi gündəmdə deyil.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Onun sözlərinə görə, iki ölkə bundan sonra da ikitərəfli əməkdaşlığı davam etdirəcək və çoxtərəfli platformalarda, o cümlədən ŞƏT, Avrasiya İqtisadi İttifaqı (Aİİ) və digər qurumlar çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə edəcək.

Qeyd edək ki, TASS öz mənbələrinə istinadən Pakistanın Ermənistanı tanımağı planlaşdırdığını və əvəzində Aİİ-yə üzvlük üçün konsensus əldə etməyə çalışacağını yazmışdı.

Избранный
23
1
teleqraf.com

2Источники