Bakı. Trend:
Çin Azərbaycanla müntəzəm qatarların istismarı, eləcə də sənayevə logistika parkının yaradılması üzrə qarşılıqlı əməkdaşlığıdərinləşdirməkdə maraqlıdır.
Trend xəbərverir ki, bunu Çinin Çjetszyan Əyalət Xalq Hökumətininvitse-qubernatoru və Partiya Qrupunun üzvü Ke Jixin Avropa DəmiryolEkspres marşrutunun 5 illiyi və Trans-Xəzər Beynəlxalq NəqliyyatMarşrutundan keçən 237-ci qatarın (Yivu – Bakı) qarşılanmamərasimində deyib.
O, iki ölkə arasında daha sıx əməkdaşlıq vizyonunuformalaşdırmağa hazır olduqlarını vurğulayıb.
"Biz müntəzəm qatarların istismarı, sənaye və logistika parkınınyaradılması və standartların qarşılıqlı tanınması kimi sahələrdəqarşılıqlı əməkdaşlığı dərinləşdirmək üçün Azərbaycanın dövlətidarələri, müəssisələri və ticarət palataları ilə müntəzəm əlaqəmexanizmini yaratmağa hazırıq.
Biz, həmçinin, rəqəmsal iqtisadiyyat, yaşıl və aşağı karbonluinkişaf, turizm və mədəniyyət sahələrində hərtərəfli əməkdaşlığıgenişləndirəcəyik ki, inkişaf üçün böyük dostluq təməlləri daha dadərinləşsin", - deyə vitse-qubernator qeyd edib.