RU

Rusiyada təyyarə qəzaya uğradı - Ölən var

Rusiyada təyyarə qəzaya uğrayıb.

Gundem.az xəbər verir ki, "An-2" model təyyarə Rostov vilayətində qəzaya düşüb. Qəza sentyabrın 9-da səhər saatlarında Morozov fermasının yaxınlığında baş verib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsindən bildirilib ki,  təyyarə kənd təsərrüfatı işlərini yerinə yetirirmiş. AN-2 Morozov fermasının dörd kilometr cənub-şərqində qəzaya uğrayıb.

Qəza nəticəsində pilot dünyasını dəyişib.

Избранный
11
1
gundem.az

2Источники