Rusiyada Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən şəxs həbs edilib.
Musavat.com xəbər verir ki, bu barədə “RIA Novosti” məhkəmə sənədlərinə istinadla məlumat yayıb.
Məlumatda bildirilir ki, həmin şəxs Bakının sorğusu əsasında saxlanılıb.
O, terror təlimləri keçirməkdə, cinayətkar birlik yaratmaqda və qanunsuz silahlı dəstələrin təşkilində ittiham olunur.
Məhkəmə materiallarında saxlanılan şəxsin vətəndaşlığı açıqlanmır. Bildirilir ki, onun Rusiya pasportu yoxdur.
Agentliyin məlumatına görə, Azərbaycan həmin şəxsin ekstradisiyasını tələb edib və Moskva bu məsələyə müsbət yanaşır.
Musavat.com