RU

“Liverpul” Salaha xələf axtarır

“Liverpul” rəhbərliyi yaxın gələcəkdə Məhəmməd Salahın əvəzinə oyunçu axtarışlarını davam etdirir.

"Fotball-plus.az" xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

İngiltərə klubu bu məqsədlə “Bavariya”nın vingeri Maykl Oliseni yaxından izləyir. Mersisaydlılar Fransa millisinin 23 yaşlı üzvünü ya gələn yay, ya da sonrakı mövsümdə transfer etməyə cəhd göstərə bilər.

Qeyd edək ki, Maykl Almaniya nəhənginə 2024-cü ilin yayında “Kristal Pelas”dan keçib. O, ötən müddət ərzində 59 oyunda meydana çıxıb, 24 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb. Olisenin “Bavariya” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Избранный
17
1
football-plus.az

3Источники