RU

Azərbaycanın AQEM-ə sədrliyi forumun gələcəyinə mühüm töhfə vermiş olacaq - Kayrat Sarıbay

Bakı. Trend:

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləriüzrə Müşavirəyə (AQEM) sədrliyi forumun gələcəyinin formalaşmasınamühüm töhfə verəcək.

Trend xəbər verirki, bunu AQEM baş katibi Kayrat Sarıbay “İnkişaf və təhlükəsizliyinrezonansı: AQEM-in institusional transformasiyasında regionaləməkdaşlıq və idarəetmə” adı altında keçirilən AQEM-in BeyinMərkəzləri Forumunun 13-cü sessiyası çərçivəsində jurnalistlərəverdiyi açıqlamada bildirib.

“Qarşılıqlı etibar olmadan təhlükəsizliyi təmin etmək mümkündeyil. AQEM-in əsas missiyası da məhz üzv dövlətlər arasındaetimadı möhkəmləndirmək, onu etimad tədbirləri, praktiki addımlarvə yerli səviyyədə həyata keçirilən təşəbbüslər vasitəsilə inkişafetdirməkdən ibarətdir. Bu prosesdə gənclərin, qadınların və biznestəmsilçilərinin iştirakı xüsusi əhəmiyyət daşıyır”, - deyə obildirib.

Bununla yanaşı, səmərəli institusional baza da zəruridir. Məhzbuna görə AQEM tamhüquqlu beynəlxalq təşkilata çevrilmək üçüntransformasiya prosesindən keçir. Əminəm ki, Azərbaycanın sədrlikfəaliyyəti AQEM-in gələcəyinə mühüm töhfə verəcək”, - deyə obildirib.

Sarıbay qeyd edib ki, AQEM Asiyanın vahid hərtərəflitəhlükəsizlik təşkilatıdır və o, beş qarşılıqlı fəaliyyətistiqamətini əhatə edir: hərbi-siyasi ölçü, yeni çağırışlar vətəhdidlər ölçüsü, iqtisadi, ekoloji və humanitar ölçülər.

Məqalədə:
Избранный
40
1
az.trend.az

2Источники