"FNC" Bank Olmayan Kredit Təşkilatı QSC istiqraz yerləşdirməklə 4 milyon 750 min manat cəlb etməyi nəzərdə tutur.
Marja.az xəbər verir ki, BOKT hər bitinin nominal dəyəri 5000 manat olan 950 ədəd istiqraz buraxıb.
İstiqrazlar üzrə illik gəlirlilik dərəcəsi 15%-dir. Fazilər ildə 1 dəfə ödəniləcəkdir. İstiqrazların tədavül müddəti 5 il müəyyən olunub.
"FNC" BOKT-ın istiqraz emissiya etməsinin səbəbi "Kristal Bakı" ASC qarşısında olan borc öhdəliyinin vaxtında icra edilməsidir. Qeyd edək ki, "Kristal Bakı" tikinti şirkətidir.
"FNC" BOKT MMC-nin 1 milyon 800 min manat nizamnmaə kapitalının 100%-i Məmmədov Xəqani Əli oğluna məxsusdur.