Bakı. Trend:
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə(AQEM) vahid ümumavrasiya mexanizminin yaradılmasında hərəkətvericiqüvvəyə çevrilə bilər.
Trend xəbərverir ki, bunu Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiyaİnstitutunun direktoru, AQEM Milli Tədqiqat Mərkəzinin rəhbəriKiril Babayev “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-ininstitusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə”adı altında keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cüsessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, AQEM vahid Avrasiya məkanınınformalaşdırılması prosesinin əsas hərəkətverici qüvvələrindənbirinə çevrilə bilər, ilk növbədə, nəqliyyat və ticarət,iqtisadiyyatın rəqəmsallaşdırılması, texnoloji tərəfdaşlıq vətexnoloji transformasiya kimi istiqamətlərdə.
Bundan əlavə, o, humanitar əməkdaşlıqda, qadın təşkilatlarının,eləcə də, təhsil və elm sahəsində fəaliyyət göstərən qurumlarınqarşılıqlı əlaqəsində AQEM-in əhəmiyyətini vurğulayıb.
“AQEM artıq bu istiqamətlər üzrə Asiya qitəsinin, demək olar ki,90 faizini birləşdirir və beynəlxalq təşkilatlarla birlikdəümumavrasiya mexanizminin yaradılmasına təkanverici qüvvə olabilər”, - deyə o bildirib.
K.Babaev qeyd edib ki, bütün Avrasiya məkanının birləşdirilməsivə böyük və kiçik ölkələrin, bütün oyunçuların maraqlarını nəzərəalan ümumi tərəfdaşlığın yaradılması ideyası, qlobal idarəetməsistemində bu gün çox vaxt lazımınca dəyərləndirilməyən prinsiplərəəsaslanmalıdır.