RU

Millimizin Avropa çempionatındakı oyun cədvəli bəlli olub

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin 2029-cu ildə keçiriləcək Avropa çempionatının ilkin təsnifat mərhələsindəki oyun cədvəli müəyyənləşib.

Apasport.az xəbər verir ki, yığmamız ilk oyununa səfərdə çıxacaq.

Komandamızın rəqibi Şimali Makedoniya olacaq. Basketbolçularımız son matçda isə evdə İrlandiyanı qəbul edəcəklər.

2025-ci il

27 noyabr

Şimali Makedoniya - Azərbaycan

30 noyabr

Azərbaycan - Lüksemburq

2026-cı il

27 fevral

İrlandiya - Azərbaycan

2 mart

Azərbaycan – Şimali Makedoniya

2 iyul

Lüksemburq - Azərbaycan

5 iyul

Azərbaycan - İrlandiya

Qeyd edək ki, qruplarda komandalar dairəvi sistemlə (hər biri bir-biri ilə) ev və səfər formatında qarşılaşacaqlar. A qrupunda hər komanda 6 oyun, B və C qruplarında isə hər komanda 4 oyun keçirəcək. Hər qrupun qalibi (1-ci yeri tutan komanda) birbaşa növbəti mərhələyə yüksələcək.

Ən yaxşı ikinci yerlərdən biri də əlavə olaraq irəliləyə bilər (FIBA-nın ümumi reqlamentinə görə, qrupların balansı üçün). A qrupunda 4 komanda olduğuna görə, ən yaxşı qrup ikincisi uğrunda mübarizədə sonuncu pilləni tutmuş komanda ilə oyunların nəticələri hesablanmayacaq.

Azərbaycan millisi gümüş medalların sahibi olub

Azərbaycan millisi finalda

Millimiz Avropa Kubokunda yarımfinala yüksəlib

Millimiz Polşa ilə üz-üzə gələcək

“Ordu”da yeni menecer

Избранный
18
5
apasport.az

9Источники