Musavat.com xəbər verir ki, Ukraynanın birinci xanımı Yelena Zelenskaya bu ayın sonunda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası çərçivəsində ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampla görüşməyi planlaşdırır.
Zelenskaya açıqlamasında bildirib ki, Nyu-Yorkda baş tutacaq görüş Kiyevdə müzakirə olunan mövzuları davam etdirmək və ölkələr arasında dialoqu gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.