RU

Ukraynadan mesaj: Müharibənin son mərhələsindəyik

BAKI, 9 sentyabr. TELEQRAF

“Rusiya-Ukrayna müharibəsinin son mərhələsindəyik”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Katolik Universitetinin professoru, tarixçi Yaroslav Qritsak deyib.

“Amma bu mərhələnin nə qədər davam edə biləcəyini bilmirəm. Bu, bir çox cəhətdən Birinci Dünya müharibəsinə bənzəyir. Birinci mərhələ blitskriqdir, onu başlayan tərəf uğursuzluğa düçar olur. Sonra uzanan hissə başlayır. Üçüncüsü isə bu müharibənin taleyinin həll olunduğu mərhələdir. Danışıqlara cəhdin olması artıq nədənsə xəbər verir”, - tarixçi qeyd edib.

Qritsakın sözlərinə görə, bunun nə qədər davam edə biləcəyini heç kim bilmir:

“Klassik nümunə Koreya müharibəsidir. Danışıqlar 1949-cu ildə başladı, müharibə 1953-cü ildə başa çatdı. Çünki Stalin öldü. Bəllidir ki, Putin hakimiyyətdə olduqca, Rusiya bunu mümkün qədər uzadacaq. Amma yenə deyirəm: artıq danışıqlar gedirsə, demək, artıq sona doğru gedirik”.

Избранный
51
teleqraf.com

1Источники