Macarıstanın baş naziri Viktor Orban Kötcse şəhərində çıxışı zamanı beynəlxalq məsələlərə toxunub.
Hafta.az-ın yazdığına görə, Orban, ABŞ prezidenti Donald Trampın Rusiyanın Ukraynaya qarşı müharibədə qalib gəldiyini və Avropa İttifaqının bu məsələdə təsirsiz olduğunu etiraf edərək, yeni strategiya təqdim etdiyini bildirib.
Ukraynanın taleyinin möhürləndiyini və onun bölünməsinin başladığını bildirən Orban, “Artıq Rusiyanın nəzarətində olan bir zona var və indiki müzakirələr yalnız bu zonada neçə vilayətin yer alması ilə bağlıdır. Ukrayna üç hissəyə bölünəcək: Rusiyanın nəzarətində olan zona, silahsızlaşdırılan zona və Qərb zonası” deyib.
Aİ-nin də “parçalanma prosesi” içində olduğunu bildirən Orban, “Əsaslı dəyişikliklər olmazsa, bu, İttifaqın son büdcəsi olacaq” deyə xəbərdarlıq edib.