Bakı. Trend:
Azərbaycanda sentyabrın 10-da havanın bəzi yerlərdə yağıntılıkeçəcəyi gözlənilir.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumatverilib.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludluolacağı, gündüz havanın arabir tutulacağı, əsasən yağmursuzkeçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Temperatur gecə 20-24° isti, gündüz 27-30° isti olacaq. Atmosfertəzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %,gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağışyağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdəqısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi bəziyerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-34° isti,dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacaq.