ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda mal əti bahalaşıb.
“AzPolitika”nın məlumatına görə, qəssablar “Baku TV”- yə bildirirlər ki, yeni qiymətlərlə mal ətinin 1 kilosu 16-17, quzu isə 20-21 manatdır.
Qəssabların sözlərinə görə, xüsusilə mal ətində müşahidə olunan qiymət artımı rayonlarda heyvanların baha olması ilə əlaqəlidir:
“Alıcı qüvvəsi də yoxdur. Camaat ət ala bilmir. Çox bahadır”.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ət və ət məhsulları demək olar ki, hər ay bahalaşıb. İlin yanvar-iyul aylarında qiymətlər 2024-cü ilin eyni dövrünə nisbətən orta hesabla 6,8 faiz artıb.
Ətraflı “Baku TV”nin süjetində:
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.