RU

Trampın addımı əhəmiyyətli rola malikdir Sahibə Qafarova

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Prezident İlham Əliyevin Vaşinqton səfəri çərçivəsində əldə olunmuş razılaşmalar tarixi əhəmiyyətə malikdir. 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasında deyib.

Onun sözlərinə görə, Vaşinqton razlaşmaları yalnız ABŞ-Azərbaycan elementləri və sülh gündəliyinə deyil, ümumilikdə Cənubi Qafqazdakı proseslərə təsir edib:

"Bu gün qürurla demək olar ki, Prezidentin ABŞ-dəki tarixi razılaşmaları Ümummilli Liderin siyasi kursunun davamı kimi əldə edilmiş ən böyük uğurlardandır".

O qeyd edib ki, ABŞ ilə Azərbaycan əlaqələrinin qurulması olduqca vacib məsələdir:

"ABŞ Prezidenti Donald Trampın sülh və əməkdaşlığa söykənən addımı əhəmiyyətli rola malikdir. Ölkəmizə qarşı məkirli planların qarşısı böyük məharətlə dəf edildi".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
3
modern.az

5Источники