İsrailin Qəzza zolağına intensiv hava hücumları və artilleriya atəşləri nəticəsində 11 fələstinli həyatını itirib, 25-dən çox insan itkin düşüb, onlarla insan yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücumlar, mülki əhalini və yardım gözləyən insanları hədəf alıb. Rəfah şəhərindəki yardım mərkəzinin vurulması nəticəsində 6, Xan Yunisdə isə 5 fələstinli ölüb.
Qəzza şəhərindəki Əl-Şati Qaçqınlar Düşərgəsində bir ailə bombalanıb, çox sayda insan yaralanıb. İsrail ordusu, ərazidə "böyük qüvvə ilə" əməliyyat keçirəcəyini açıqlayıb və bir milyon fələstinli cənuba köçməyə çağırıb.
İndiyədək Qəzza Zolağında 64 522 fələstinli həlak olub, 163 096 nəfər yaralanıb, yüz minlərlə insan qaçqın düşüb. 393 fələstinli, o cümlədən 140 uşaq aclıqdan ölüb.