Sea Breeze

“2025–2026-cı tədris ili üçün tələbə qəbulu nəticələri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yeni Strateji İnkişaf Planı ilə tam uyğunluq təşkil edir”.

Bu məlumatı ADNSU-nun rektoru Rüfət Əzizov sosial şəbəkədəki hesabında paylaşıb.

O qeyd edib ki, bu il bakalavr qəbulu 10% azaldılıb, magistr qəbulu 17% faktiki artıb. İngilis dilində tədris olunan proqramlara qəbul 9% artıb və bu, ümumi qəbulun 21%-ni təşkil edib. Əcnəbi tələbə qəbulu ötən illə müqayisədə 3 dəfə artaraq 203 nəfər oldu:

“İngilis dilində tədris olunan proqramlarda orta qəbul balları yüksək olduğu üçün daha çox potensiallı tələbələrin universitetə qəbul olmasını təşviq etdi:

Kimya mühəndisliyi – 638

Neft-qaz mühəndisliyi – 614

İnformasiya təhlükəsizliyi – 605

Data analitikası – 583

Kompüter elmləri – 582

İnformasiya texnologiyaları – 580

Kompüter mühəndisliyi – 554

Sənaye mühəndisliyi – 524

Elektrik-elektronika mühəndisliyi – 496

Tədqiqat universiteti olmaq strategiyasına uyğun olaraq gələcək 6-7 ildə BS:MS:PhD tələbə sayını da 60:30:10 nisbətinə çatdırmağa çalışacayıq”.

ETX
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX