Hurriyyet.az xəbər verir ki, Rusiya Ukraynada pensiyaların ödənildiyi məkanı bombalayıb. Onlarla insan həlak olub.
Ukrayna Prezidenti Vladimir Zelenski sentyabrın 9-da Rusiya qüvvələrinin Donetsk vilayətindəki Yarovaya qəsəbəsinə aviabomba atdıqlarını xəbər verib.
Zərbənin hədəfi insanların təqaüd aldıqları məkan olub. İlkin məlumata görə, 20 nəfərdən çox insan həlak olub.
Zelenski qeyd edib ki, belə zərbələr ABŞ, Avropa və "Böyük iyirmilik" ölkələri tərəfindən dərhal sərt reaksiya ilə qarşılanmalıdır.
Hürr Tərcüman