Sentyabrın 9-da Ermənistanın Milli Assambleyasının sədr müavini Ruben Rubinyan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadə ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
"Dost İran ilə qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlər Ermənistan üçün böyük əhəmiyyət kəsb edir. Qarşılıqlı səfərlər isə fəal dialoq və sıx əməkdaşlığı davam etdirməklə ikitərəfli gündəliyin daha inklüziv olmasına kömək edir", - Ruben Rubinyan bildirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта