RU

İngiltərənin Baş naziri ilə Fələstin prezidenti arasında görüş olub

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fələstin prezidenti Mahmud Abbas Londonda görüşüblər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Qəzzadakı son durumu müzakirə ediblər.

“Onlar dərhal atəşkəs, məhbusların azad edilməsi və humanitar yardımların əhəmiyyətli dərəcədə artırılması ilə Qəzzada dəhşətli əzab və aclığa son qoymaq üçün həll yolunun tapılmasının vacibliyini bildirdilər”, - Baş nazirliyin görüşlə bağlı bəyanatında deyilir.

Kir Starmer Böyük Britaniyanın regionda davamlı sülhə nail olmaq üçün tərəfdaşları ilə birlikdə atdığı addımlardan da söz açıb.

Mahmud Abbas isə Böyük Britaniyanın Fələstin dövlətini tanımaq vədini alqışladığını qeyd edib.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
74
525.az

1Источники