RU

Yanvar-iyul aylarında 82,4 milyon dollarlıq meşə fındığı ixrac edilib

Bu ilin yanvar-iyul aylarında ölkədən 82,4 milyon ABŞ dolları dəyərində 11,4 min tondan çox meşə fındığı ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 51,3 faiz və ya 27,9 milyon dollar, həcm baxımından isə 29,3 faiz və ya təqribən 2,6 min ton çoxdur.

Cari ilin ilk yeddi ayında meşə fındığının ümumi ixracda xüsusi çəkisi 0,54 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 4,95 faizə bərabər olub.

Избранный
44
2
vergiler.az

4Источники