RU

Türkiyədə fərqli prosesdir: Öcalan heyət göndərdi...

Bu dəfə fərqlidir. Türkiyədə sülh prosesi hökumət, parlament və ictimaiyyət tərəfindən həyata keçirilir. Biz hər kəsin sülh prosesini dəstəklədiyini görürük.

Axar.az xəbər verir ki, bu sözləri Kürdüstan Demokrat Partiyasının (KDP) sədri Məsud Bərzani deyib.

“Kürd xalqının da əksəriyyəti sülhü və bu prosesi dəstəkləyir. Ü2mid etdiyimiz də budur. Proses başlamazdan əvvəl Abdullah Öcalan mənə bir heyət göndərdi. Biz sülh prosesinə rəsmi dəstəyimizi bildirdik və bizdən tələb olunan hər şeyi etdik. Bu mövqeyimizi gələcəkdə də davam etdirəcəyik. Ümid edirik ki, bu proses bütün bölgəyə sülh gətirəcək və real dəyişikliyə gətirib çıxaracaq”, - deyə Bərzani bildirib.

Избранный
16
1
axar.az

2Источники