RU

Özbəkistan 12 illik təhsil sisteminə KEÇİR - DETALLAR

Özbəkistan 12 illik məktəb təhsilinə keçməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə Özbəkistan məktəbəqədər və məktəb təhsili nazirinin müavini Sardor Rəcəbov bildirib.

Onun sözlərinə görə, ölkədə ibtidai siniflərin strukturuna 6 yaşlı uşaqlar üçün hazırlıq qrupları əlavə ediləcək.

Bu addım milli təhsil sistemini beynəlxalq standartlara yaxınlaşdırmaqla yanaşı, xarici universitetlərə qəbul prosesində maneələri aradan qaldıracaq.

Hazırda Özbəkistandan məzun olan şagirdlər bir il təməl kurs keçməyə məcbur olur və bu, onların vaxt itirməsinə səbəb olur.

12 illik sistemə keçdikdən sonra isə onlar birbaşa ali məktəblərə müraciət edə biləcəklər.

Təhlillərə görə, PISA-2022 nəticələrinə görə, lider ölkələrin 85 faizində məktəb təhsili 12 il davam edir.

Özbəkistanda planlaşdırılan yeni model belədir: 1 il hazırlıq, 4 il ibtidai məktəb, 5 il əsas və 2 il orta təhsil.

İslahatın həyata keçirilməsi üçün “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara müvafiq dəyişikliklər edilməlidir.

Musavat.com

Избранный
90
musavat.com

1Источники