Azərbaycan Kubokunda 2025/26 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Publika.az xəbər verir ki, mərasim 17 sentyabr tarixində “Holiday INN” otelində baş tutacaq. Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Kubokunun 2025/26 mövsümündə 34 komanda iştirak edəcək.