RU

Mərkəzi Bank sığorta agentini 1 500 manat cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) fiziki şəxs sığorta agenti Həmidov İntizam Emin oğlunu inzibati məsuliyyətə cəlb edib.

FED.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fiziki şəxs sığorta agenti Həmidov İntizam Emin oğlu tərəfindən sığorta qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq 1 500 manat məbləğində cərimə edilib.

Избранный
57
14
fed.az

10Источники