RU

Daxili qoşunlara bir sıra qadağalar tətbiq ediləcək

Daxili qoşunların hərbi qulluqçularına xüsusi vasitələrin tətbiqi ilə əlaqədar bir sıra qadağalar tətbiq ediləcək.

Publika.az xəbər verir ki, bununla bağlı yeni hazırlanan "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyası üzrə bu gün keçirilən ilk iclasında müzakirə olunub.

Qanun layihəsinə görə, xüsusi təyinatlı gözyaşardıcı qaz qumbaraları (patronları) ilə şəxsə sərrast atəş açmaq, suvuran maşınları havanın hərarəti mənfi olduqda tətbiq etmək qadağan ediləcək.

Избранный
59
1
publika.az

9Источники