Donetsk vilayətinin Yarovaya şəhərində Rusiya hərbçiləri pensiya alan insanların üzərinə hava bombası atıblar.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
İlkin məlumata görə, hücum nəticəsində 20-dən çox insan həlak olub.
Zelenski dünya dövlətlərini dinc əhalinin öldürülməsini dayandırmaq üçün Rusiyaya qarşı qəti addımlar atmağa çağırıb.
Musavat.com