RU

Deputat: “Bütün razılaşmalar İlham Əliyevin baxışlarına əsaslanır”

AzVision.az xəbər verir ki, millət vəkili Sahib Alıyev Milli Məclisin növbədənkənar sessiyasının “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusuna həsr olunan iclasındakı çıxışı zamanı belə deyib.

Həmin çıxışı diqqətinizə təqdim edirik.

Biz başında böyük güclərin durduğu, lokal təsir bağışlasa da, əslində qlobal xarakter daşıyan, yeni dünya düzəninə hədəflənən toqquşmalarındaha da kəskinləşdiyi və artıq həm də nəticəyönümlü addımların atılmağa başlanıldığı bir dönəmdəyik.

Məhz belə bir vaxtda Azərbaycanla Ermənistanın sülhlə bağlı həlledici razılığa gəlmələrini, olayınVaşinqtonda, cənab Prezidentin təbirincə desək,“dünyanın bir nömrəli ofisi” ndə baş verməsini təkcə iki ölkənin yox, bütövlükdə regionun, burada yaşayan bütün xalqların maraqları baxımından son dərəcə mühüm addım olaraq dəyərləndirirəm!

Bu, əslində yeni dünya arxitekturasında Güney Qafqazın subyekt olaraq yerinin bir növ müəyyənləşməsindən və Ermənistan ona verilən tarixi fürsəti düzgün qiymətləndirsə, o ölkənin də Suriyalaşmaq, kimlərinsə əlində plasdarma çevrilmək təhlükəsindən birdəfəlik qurtulacağından xəbər verir. Yəni maraqları toqquşan güclərə burada əməkdaşlıqdan başqa ayrı yol buraxılmır. Görünür ki, elə də olacaq.

Baxın, Vaşinqton danışıqlarından hardasa 3 həftə sonra Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri ŞƏT-in Çindəki Zirvəsinə qatılaraqorada da sülhlə bağlı nikbin fikirlər səsləndirdilər. Hər iki ölkənin birinci xanımlarının birgə şəkil çəkdirib paylaşmaları isəfikrimcə, təkcə dövlətlər yox, cəmiyyətlər arasında da barışa çağırış idi.Maraqlıdır deyilmi, ABŞ-də start verilən proses Cində bir az da irəli aparılır?

Cənab İlham ƏliyevləÇin lideriningörüşündə Si CinpininAzərbaycanla Ermənistan arasındakıbirbaşa dialoqu və dövlətimizin yeritdiyi suveren siyasəti dəstəklədiyini bildirməsi, oradaTrans-Xəzər marşrutunun ölkəsi üçün önəmliliyinin vurğulanması isə rəsmi Pekinin Vaşinqtonda baş verənlərə ikitərəfli format çərçivəsində aparılan danışıqların nəticəsi olaraqyanaşdığını göstərmirmi?

Bu, Prezidentimizin “Əl-Ərəbiyyə” telekanalındadediyi“avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd dövlətlərarası əlaqələrin necə qurulmalı olduğu haqda Azərbaycanın baxışına əsaslanır”fikriiləÇinin sədrinin də razılaşdığını göstərmirmi?

Ermənistandakı revanşist kəsim Vaşinqton razılaşmasını növbəti kapituliyasiyaaktı kimi dəyərləndirir ki, onların burunlarından uzağı görmədiklərini bilmələriüçün ABŞ-nin keçmişdövlət katibi Blinkeninköməkçisi Ceyms O’Braynın Beynəlxalq Əlaqələr üzrə Avropa Şurası təhlil mərkəzində yayılan bir məqaləsini oxumaları bəs edir.

Vaşinqton görüşündə ilk növbədə Azərbaycanın istəklərinin təmin olunduğundan narazılığını gizlətməyən bu “Vaşinqton bataqlığı” təmsilçisi İranla Rusiyanın danışıqlar prosesində yer almamalarını da düzgün saymadığını yazır və dolayısıyla etiraf edir ki, ölkəsi də adı çəkilən iki dövlət kimi Azərbaycanla Ermənistan arasında sülhdə maraqlı olmayıb.

Burada mən ABŞ-ni Minsk qrupunda təmsil edən Riçard Hoqlandın həmsədrlər haqda dedikləriniyada salmaq istəyirəm. O bildirirdi ki, bir dəfə Rusiyanın Minsk qrupundakı təmsilçisi İqor Popovdan “Azərbaycanla Ermənistan “Lavrov planı”yla razılaşalar, onda Moskva nə edəcək”, -deyə soruşanda cavab:“Biz sülhə imkan verməyəcəyik”olub.

Təsəvvür edirsinizmi, Rusiya hətta özünün belə hazırladığı sözdə sülh planının qəbulunda maraqlı deyilmiş və Obraynın məqaləsi göstərir ki, Popovun Hoqlanda etirafı heç də bahalı içkinin təsirindən doğmayıb. O, “Vaşinqton bataqlığı”ndakıların daölkəsi kimi regionda sülhdənsə konfliktin qalmasına və idarə edilməsinə üstünlük verdiyini bildiyindən Hoqlandla açıq danışırmış.

Buradan da görünmürmü ki, Prezident Tramp cənab İlham Əliyevi böyük lider adlandırarkən nə qədər haqlıdır? Ancaq böyük lider sözügedən dövlətlərin və daha bir neçəsinin qarşı çıxmalarına, Ermənistana hərtərəfli dəstək vermələrinə rəğmən öz torpaqlarını işğaldan qurtara, onlardan ən təhlükəlisinin ordusunun ayağı dəydiyi yerdə əbədi qalması haqda mifiQarabağdakı hərbi kontingentlərini oradan çıxarmaqla darmadağın edə, bunlardan da ötəsi, savaşı olduğu kimi sülhü də uda bilərdi.

Sizcə, bu baş verənlər Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə etdiklərinin, yəni maraqları heç də üst-üstə düşməyən böyük dövlətləri “Əsrin Kontraktı”nda bir araya gətirməsinin daha heyrətdoğuran şəkildə təkrarlanması deyilmi?

Sonda bir daha vurğulayıram, Vaşinqton razılaşması bütövlükdə regionun subyektliyinin təminatınayönəlik mühüm addım və Ermənistanın da müstəqil dövlət kimi çıxış etməsi, 300 ildir ki, onlardan geosiyasi alət olaraq faydalananların caynağındanqurtulmaları üçün yaradılmış şansdır.

Onlar bu şansı düzgün dəyərləndirməli, Müzəffər Ali Baş Komandan Diplomat cənab İlham Əliyevə minnətdar olmalı, hətta heykəl ucaltmalıdırlar!

AzVision.az
Избранный
39
1
azvision.az

2Источники