Bakı. Trend:
Bakı Limanında isə 2025-ci ilin 8 ayı ərzində 70 min TEU-yayaxın konteyner aşırılıb.
Bu barədə Trend “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY)istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin analoji dövrünün göstəricisi (47157 TEU) ilə müqayisədə 48 faiz çoxdur.
“Bu onu göstərir ki, cari ildə Limanda konteyner aşırmaları2024-cü ilin göstəricisini böyük həcmdə üstələyəcək”, - məlumatdavurğulanıb.
Eyni zamanda, qeyd edilib ki, bu ilin avqustunda Azərbaycan OrtaDəhlizlə Çindən 40 blok-qatar qəbul edib: “Bu il ərzində ümumilikdə265 qatar qəbul edilib ki, bunlardan 104-ü tranzit qatarıdır. Ötənilin analoji dövründə qəbul edilmiş qatarların sayı 168 olub”.