RU

“Qalatasaray” TFF yə müraciət etdi

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yığma həftəsindən sonra futbolsevərləri Çempionlar Liqası həftəsi gözləyəcək. "Football-plus.az" xəbər verir ki, sentyabrın 16-18-də ÇL-in əsas mərhələsinin 1-ci turunun oyunları keçiriləcək. Bu arada “Qalatasaray”ın Türkiyə Futbol Federasiyasına müraciət etdiyi məlum olub. Belə ki, Türkiyə çempionu bazar günü sentyabrın 14-də 5-ci tur çərçivəsində “Eyüpspor”a qarşı baş tutacaq oyunun şənbə gününə keçirilməsini istəyir. “Cim-Bom” bununla da bir gün artıq vaxt qazanaraq “Ayntraxt”la oyuna daha yaxşı hazırlaşmaq arzusundadı. “Qalatasaray”ın bu mövsüm ÇL macərası sentyabrın 18-də məhz Frankfurtda başlayacaq. Yeri gəlmişkən, avrokubok matçları üzündən Türkiyə çempionatında təxirə salınan bəzi oyunların yeni vaxtı artıq bəllidi. Federasiyadan verilən açıqlamada 1-ci turdan təxirə salınan “Fənərbaxça” – “Alanyaspor”, “Fatih Karagümrük” – “İstanbul BŞ”, eləcə də 3-cü turdan təxirə salınan “Samsunspor” – “Kasımpaşa” oyunlarının sentyabrın 17-də keçiriləcəyi qeyd olunub. Hər üç görüş Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. 1-ci turdan təxirə salınan digər qarşılaşma - “Kayserispor” – “Beşiktaş” oyunu isə sentyabrın 24-də keçiriləcək. 3-cü turdan təxirə salınan “Konyaspor” – “Beşiktaş” və “Çaykur Rizəspor” – “İstanbul BŞ” matçlarının yeni tarixi isə daha sonra açıqlanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
42
1
icma.az

2Источники