RU

Londonda hava limanının təhlükəli maddə şübhəsi ilə bağlanan terminalı yenidən açıldı

Londonda hava limanının təhlükəli maddə şübhəsi ilə bağlanan terminalı yenidən açıldı

Təhlükəli maddə olduğu şübhəsi ilə boşaldılan və təcili yardım briqadalarının yönəldiyi Heathrow Hava Limanının 4-cü terminalı zərərli maddə tapılmadığı üçün yenidən açılıb.

Paytaxt Londonun Heathrow Hava Limanının X hesabında yayımlanan açıqlamada “Təcili yardım briqadaları 4-cü terminalın təhlükəsiz şəkildə yenidən açıldığını bildirdi. Bu günkü uçuşların planlandığı kimi həyata keçirilməsi üçün əlimizdən gələni edirik” bildirilib.

Açıqlamada sərnişinlərin və işçilərin təhlükəsizliyinə öncəlik verildiyi vurğulanıb və sərnişinlər hava yolu şirkətlərinin xəbərdarlıqlarına uyğun hərəkət etməyə çağırılıb.

Londonda Metropolitan Polisi isə açıqlamasında “Heç bir zərərli maddənin izinə rast gəlinməyib. Müalicəyə götürülən 20 nəfərin həyati təhlükəsi yoxdur” deyə qeyd edib.

BBC-yə danışan London Metropolitan Polisi rəsmisi hava limanındakı hadisənin bir kütləvi panika nümunəsi olduğunu bildirib.

Xatırladaq ki, dünyanın ən sıx hava limanlarından biri olan Heathrow Hava Limanının bəzi Avropa uçuşları və uzunmüddətli uçuşların transferlərinə ev sahibliyi edən 4-cü terminalı axşam saatlarında boşaldılmış, terminala yanğınsöndürən, təcili yardım və polis göndərilmişdi.

London Yanğın Xidməti təhlükəli maddə şübhəsinə qarşı terminala xüsusi heyət göndərmiş və terminaldakı 20 nəfər hava limanına gələn təcili yardım avtomobillərində müalicəyə götürülmüşdü.

Избранный
79
afn.az

1Источники