RU

Mərkəzi Bank sığorta agentini cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) fiziki şəxs sığorta agenti Həmidov İntizam Emin oğlunu inzibati məsuliyyətə cəlb edib.

Azreform.info  bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fiziki şəxs sığorta agenti Həmidov İntizam Emin oğlu tərəfindən sığorta qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq 1 500 manat məbləğində cərimə edilib.

Избранный
33
14
azreform.info

10Источники