RU

U-19 millimiz 6 qolla uduzdu

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət millimiz bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində üçüncü oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, U-19 sonuncu matçında Polşanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Çatej” stadionunda keçirilən görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, Elxan Abdullayevin çalışdırdığı millimiz ilk iki görüşdə İslandiya və Farer adaları yığmaları üzərində 2:1 hesablı qələbə qazanıb.

Избранный
56
10
football-plus.az

10Источники