RU

Osimhen barədə şok sözlər: “Orada neçə dəfə təpik alsa da, yerə yıxılmaz”

Qana millisinin sabiq kapitanı Asamoa Qyan nigeriyalı hücumçu Viktor Osimhenin zədəsi ilə bağlı qalmaqallı açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, o, iddia edib ki, futbolçunun zədəsi qəsdən planlaşdırılıb:

“Bu oyunları tanıyıram. Kimsə ona deyib ki, çox pul xərcləmişik, Çempionlar Liqası yaxınlaşır, beynəlxalq fasilədə Afrikaya getməyini istəmirik. Bir az oyna, yerə yıxıl, ciddi zədə təsiri yarat, ertəsi gün Türkiyədə olarsan. Medianın səs-küyünü azaltmaq üçün. İnanın mənə, onu Superliqada və Çempionlar Liqasında tam gücü ilə qaçarkən görəcəksiniz. Orada neçə dəfə təpik alsa da, yerə yıxılmaz. Həkimlər də bu işin içindədir. Çünki avro, nairadan daha dəyərlidir”.

Избранный
21
idmanxeber.az

1Источники