RU

Güləş: Dünya çempionatı üçün heyət açıqlandı

Sentyabrın 13-dən 21-nə qədər Xorvatiyanın paytaxtı Zaqreb şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək.

Arena.az xəbər verir ki, bu gün ilin ən mötəbər güləş yarışında iştirak edəcək Azərbaycan komandalarının heyəti açıqlanıb.

Mundiala baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında sərbəst güləşçilər start verəcək. Heyətdə bu güləşçilər yer alıblar:

İslam Bazarqanov (57 kq)
Nürəddin Novruzov (61 kq)
Əli Rəhimzadə (65 kq)
Kənan Heybətov (70 kq)
Turan Bayramov (74 kq)
Cəbrayıl Qadjiyev (79 kq)
Arseni Djioyev (86 kq)
Osman Nurmaqomedov (92 kq)
Maqomedxan Maqomedov (97 kq)
Georgi Meşvildişvili (125 kq)

Daha sonra estafet qadın güləşinə keçəcək. Baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında bu güləşçilərimiz xalçaya çıxacaqlar.

Jalə Əliyeva (57 kq)
Günay Qurbanova (59 kq)
Birgül Soltanova (62 kq)

Yarışın son günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev, Elvin Mürsəliyev və Kamran Məmmədovun rəhbərliyi altında bu güləşçilərimiz yarışacaqlar:

Eldəniz Əzizli (55 kq)
Nihat Məmmədli (60 kq)
Murad Məmmədov (63 kq)
Həsrət Cəfərov (67 kq)
Ülvü Qənizadə (72 kq)
Sənan Süleymanov (77 kq)
Qurban Qurbanov (82 kq)
İslam Abbasov (87 kq)
Murad Əhmədiyev (97 kq)
Beka Kandelaki (130 kq)

Dünya çempionatında I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.

error: Məzmun qorunur!
Избранный
36
6
arena.az

10Источники