RU

Naxçıvanda qeyri-dövlət sektorundan vergi daxilolmaları 20%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-avqust ayları ərzində Naxçıvan MuxtarRespublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininxətti ilə büdcəyə 160,6 milyon manatdan çox vergi daxil olub ki, buda ötən ilin eyni dövrünə nisbətən 13,7 faiz və ya 19,4 milyonmanat çoxdur.

Bu barədə Trend dövlət xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qeyri-dövlət sektorundan daxilolmalar 110,4milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə, bu sektordan vergi daxilolmaları 18,3 milyon manat vəya 19,9 faiz artıb. Ödənilən vergilərin 68,7 faizi qeyri-dövlətsektorunun, 31,3 faizi isə dövlət sektorunun payına düşüb.

Bundan başqa, 2025-ci ilin yanvar-avqust aylarında NaxçıvanMuxtar Respublikasında işsizlikdən sığorta haqları üzrədaxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faizartaraq 3 milyon manatdan çox olub.

Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə ödəmələr 2024-cüilin eyni dövrünə nisbətən 10,3 faiz artıb və 20,2 milyon manatdanartıq təşkil edib.

Избранный
25
4
az.trend.az

10Источники