BAKI, 9 sentyabr. TELEQRAF
2024-cü ildə Azərbaycanda dövlət satınalmalarının ÜDM-ə nisbəti əvvəlki illə müqayisədə 1,8 faiz bənd artaraq 7,8%-ə çatıb.
Teleqraf Hesablama Palatasına istinadən xəbər verir ki, satınalmaların dövlət büdcəsi xərclərinə nisbəti isə 5,3 faiz bənd yüksələrək 26,1% təşkil edib.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində dövlət satınalmalarının ÜDM-ə orta nisbəti 13%, dövlət büdcəsi xərclərinə nisbəti isə təxminən 28%-dir.