RU

"Qərb dövlətlərinin rəhbərləri hamısı İsrailin tərəfindədir" -Zərdüşt Əlizadə

Fələstin Prezidenti Mahmud Abbas Qəzza zolağını idarə etməyə hazır olduğuni bəyan edib.

Redaktor.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirdi ki, belə bir şey ola bilməz.

"İsrail dünyada heç kəsi tanımır. Çünki bilir ki, Qərb dövlətlərinin rəhbərləri hamısı İsrailin tərəfindədir. 700 min yəhudi Fələstində məskənlər tikib. Bu məskənlər Fələstin torpaqlarının işğalı nəticəsində salınıb və yerli əhalinin çıxarılması ilə müşayiət olunur. Beynəlxalq hüquqda bu qəbuledilməzdir. Hər hansısa dövləti işğal edib ərazisində məskunlaşmaq qadağandır. Amma İsrail məskunlaşır", - deyə Zərdüşt Əlizadə fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Избранный
69
1
redaktor.az

2Источники