ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Sentyabr ayı başlayandan Bakıda yaranan sıxlıq, tıxac hər kəsin işini çətinləşdirib.
Bəs paytaxtın tıxac problemi nə zaman həll olunacaq?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, yeni dərs mövsümünün başlaması ilə əlaqədar Bakıda sıxlığın müşahidə olunması normal haldır:
“Təhsil ocaqlarının əksəriyyəti Bakıda cəmləşib. Universitetə qəbul olanların sənədləşmə işləri, ödənişlər və digər məsələlərlə bağlı bölgələrdən hazırda böyük axın var. Yeni mövsüm başlayır və sentyabrın 15-dən sonra tıxaclar daha da artacaq”.
Ekspert əlavə etdi ki, tıxacların azaldılması ilə bağlı artıq yol xəritəsi mövcuddur:
“Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı dövlət proqramı 2025–2030-cu illəri əhatə edir. Bakı iri paytaxt olduğuna görə tamamilə tıxacdan azad olması mümkün deyil”.
Nuriyyə NATİQQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.