RU

Ter-Petrosyanın rus sevgisi: Rusiya Cənubi Qafqazda olmalıdır

Rusiyanın Cənubi Qafqazda mövcudluğu təcili ehtiyac və reallıqdır. Ulusal.az xəbər verir ki,  bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşündə deyib.

Keçmiş prezidentin mətbuat katibi Arman Musinyan bildirib ki, söhbət bir saatdan çox davam edib. O əlavə edib ki, tərəflər xüsusilə Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyətini və Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasının zəruriliyini müzakirə ediblər.

“Birinci prezident aşağıdakıları vurğulamağı lazım bildi: Rusiyanın Cənubi Qafqazda mövcudluğu təcili ehtiyacdır və tarixin təsdiq etdiyi reallıqdır. Rusiya, İran, Gürcüstan, Fransa, Yunanıstan, yaxın gələcəkdə isə Çin və Hindistan Ermənistanın vicdanlı və etibarlı dostlarıdır”, – Ter-Petrosyanın mətbuat katibi onun sözlərini sitat gətirir.

Избранный
57
moderator.az

1Источники