Artıq bu məsələylə bağlı ilk narazılıq da qeydə alınıb. Daha doğrusu, “Qarabağ”ın fanklubu olan “İmarət Azarkeş Qrupu” “feysbuk” sosial şəbəkə hesabında Qurban bəyin mümkün təyinatıyla bağlı bəyanat yayıb:
“Biz, həqiqi “Qarabağ” azarkeşləri, Qurban Qurbanovun milliyə baş məşqçi gətirilməsi məsələsinin müzakirə olunmasının belə əleyhinəyik”.
Həmçinin fanklub öz namizədini də açıqlayıb:“Millimizə milli insan baş məşqçi gəlməlidi və əlini daşın altına qoya bilməlidi. Ən layiqli namizəd Rəşad Sadıqovdu”.
KƏNAN BAHADIR