RU

“Çelsi”nin futbolçusu “Qarabağ”la oyunu buraxacaq

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Çelsi” ciddi itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, London klubunun 22 yaşlı hücumçusu Liam Delap zədə səbəbindən təxminən 10 həftə meydana çıxa bilməyəcək və noyabrda qayıdacağı gözlənilir.

Mövsümün əvvəlində “İpsviç Taun”dan transfer edilən futbolçu indiyədək 9 oyunda 1 qol və 1 assistlə yadda qalıb.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də “Tofiq Bəhramov” stadionunda keçiriləcək.

 

Избранный
32
idmanxeber.az

1Источники