BAKI, 9 sentyabr. TELEQRAF
İsrailin Doha şəhərinə endirdiyi hava zərbəsi nəticəsində HƏMAS siyasi bürosunun üzvləri sağ qalıb.
Teleqraf xəbər verir ki , bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
Bundan əvvəl Səudiyyə Ərəbistanının "Al Hadath" telekanalı İsrailin hücumu nəticəsində HƏMAS-ın xarici ofisinin rəhbəri Xalid Məşəl, komandir Zaher Cabarin və Qəzza bölgəsindəki rəhbəri Xəlil əl-Həyyənin həlak olduğunu bildirib.
Lakin son məlumatlara əsasən, bu şəxslər hücum zamanı sağ qalıb.
Hadisə ilə bağlı HƏMAS və ya rəsmi Qətər tərəfindən hələlik rəsmi açıqlama verilməyib.