RU

Bu yağışda çimmək olar? - Dövlət Turizm Agentliyi üçün yay təzə başlayıb

 O gün yağış yağırdı. Bakının bəzi yerlərinə yüngülvari çilədi, bəzi yerlərdə əməlli-başlı yağdı. Yayın sonudu, deyəcəksiniz, yağacaq. Amma yadıma Dövlət Turizm Agentliyinin təzə açdığı çiməriklər düşdü, pəjmürdə oldum, ona görə oturub fikirləşdim. 

Mia.az bildirir ki, təzə çimərıiklər və onların əhəmiyyəti barədə məlumatı Agentliyin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli verib. 

İnsafən, Agentlik çox maraqlı bir pilot layihə həyata keçirib. Amma mövsüm üçün zamanlama nə qədər optimaldı?

Lakin avqustun 30-damı? Bu vaxt çimərlik açırlar?

Tutaq ki, bütün yayı ehtiyacları müəyyənləşdirməklə məşğul olmusunuz, amma nə vacib idi elə indi tələm-tələsik çimərlik açmaq? Bunu gələn il etmək olmazdı?

Agentlik heç şübhəsiz ki, bu işin təşkilini tender vasitəsilə edib. Maraqlıdı, layihəni hansı təşkilat udub? 3-cü rübün sonunda tələm-tələsik ortaya bir tender qoyaraq heç də istifadə olunmayacaq xidmətin faydalılıq əmsalı necə ölçəcəklər? Hər fəaliyyətin monitorinq və qiymətləndirmə meyarları olmalıdı. Bu işin meyarlarını ölçməkçün Agentliyin əlində hansı texniki vasitələr, indikatorlar var? 

Pulunuz varsa, buna sərf edin.

Zülfiyyə Mustafayeva
Mia.az

Избранный
18
mia.az

1Источники