RU

Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan beynəlxalq piano müsabiqəsi başa çatıb (FOTO)

Bakı. Trend:

Avstriyanın paytaxtı Vyanada Azərbaycan klassik musiqisininbanisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin 140 illikyubileyinə həsr olunan “Sounds of the Land of Fire” (“OdlarYurdunun Sədaları”) adlı ikinci beynəlxalq piano müsabiqəsi başaçatıb.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindənməlumat verilib.

Müsabiqə Azərbaycan Respublikası Diasporla İş üzrə DövlətKomitəsinin dəstəyi, Avstriyada fəaliyyət göstərən AzərbaycanAkademik Birliyinin təşkilatçılığı və Vyanadakı AzərbaycanMədəniyyət Mərkəzinin tərəfdaşlığı ilə keçirilib.

Bu genişmiqyaslı layihənin direktoru Azərbaycan AkademikBirliyinin rəhbəri Sahilə Rzazadədir. Proqramın ərsəyə gəlməsindəAbuzər Manafzadə (müsabiqənin məsləhətçisi), Sabina Rzazadə(incəsənət üzrə məsləhətçi), Ramazan Nəbiyev (müavin və informasiyatexnologiyaları üzrə məsləhətçi), Elçin Bağırov (maliyyə üzrəməsləhətçi) və Raul Məmmədzadənin (mədəni təşkilatlarla əməkdaşlıqüzrə köməkçi) böyük rolu olub.

Beynəlxalq piano müsabiqəsinin final mərhələsi Vyana şəhərininmərkəzində yerləşən Fortepiano Qalereyasının İmperator zalında,laureatların qala-konserti isə Azərbaycan Mədəniyyət Mərkəzindətəşkil olunub.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova bumötəbər tədbirin qala-konsertinə ev sahibliyi etməkdən qürurduyduğunu bildirib. O, müsabiqənin ikinci dəfə keçirilməsini vədahi bəstəkar Üzeyir Hacıbəylinin yubileyinə həsr olunmasını yüksəkqiymətləndirib.

Azərbaycan Akademik Birliyinin rəhbəri Sahilə Rzazadə isəiştirakçıların həm istedad, həm də cəsarət nümayiş etdirdiklərinivurğulayıb. Tədbirin ərsəyə gəlməsində əməyi olan tərəfdaşlara,dəstəkçilərə və münsiflər heyətinə minnətdarlığını ifadə edib.

Münsiflər heyətinin sədri, Xalq artisti, professor FərhadBədəlbəyli gənc istedadların üzə çıxarılmasında xüsusi əhəmiyyətəmalik olan müsabiqəyə qarşıdakı illərdə uğurlar arzulayıb.

Müsabiqə zamanı müxtəlif ölkələrdən olan gənc pianoçular QaraQarayev, Cövdət Hacıyev, Əşrəf Abbasov, Tofiq Quliyev, QalibMəmmədov, Fərhad Bədəlbəyli və digər tanınmış Azərbaycanbəstəkarlarının zəngin irsinə müraciət ediblər.

Münsiflərin qərarına əsasən, Eunseon Ahn (Cənubi Koreya, 27 yaş)I dərəcəli laureat, Nanase Kuroki (Yaponiya, 29 yaş) və Naoe Sasaki(Yaponiya, 24 yaş) II dərəcəli laureat, Hidayət Sadıqbəyli(Azərbaycan, 21 yaş) və Tomiris Bekturova (Qazaxıstan, 25 yaş) IIIdərəcəli laureat adına layiq görülüblər.

Azərbaycan bəstəkarları Əşrəf Abbasovun "Folk Song" (6miniatura) və "Humoreska", eləcə də Cövdət Hacıyevin "Joke" və"Fairy Tale" əsərlərini yüksək peşəkarlıqla ifa etdiyinə görə 23yaşlı çexiyalı musiqiçi Daniel Boura xüsusi mükafatla təltifedilib.

Müsabiqə ilə bağlı daha ətraflı aşağıdakı linkdən tanış olabilərsiniz:

www.lofmc.com

Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Избранный
23
2
az.trend.az

3Источники